İcra başçısının sabiq müavininə ağır cəza istənildi

media-hightechnic-468x90

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini V. A. və tanışı T. B-in cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror V.A-nın 7 il 6 ay, T.B-nin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Növbəti prosesi oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini C.M. tanınır. İttihama görə, təqsirləndirilən şəxslər C.M.-ni Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05