İdris HEYDƏRLİ: Özün üzü

media-hightechnic-468x90

idris-heyderli-kose12aznsdfgfdBiz “özgə”yik onların baxışlarında. Biz düşünə bilməyənlərik, onlar düşünüb bizə “düşüncə qəlibləri” hazırlayanlardırlar. Belə də davam edir hələ də.

Bir zamanlar biz onları “yad”, özgə olaraq görürdük, indi onların zamanıdır. Onlar bu günün söz sahibləri -Qərb düşüncəsini istehsal edən mərkəzlərdir.

Bizim düşüncə mərkəzimiz varmı?

Birincisi biz hansı düşüncə mərkəzinin parçasıyıq sualına cavab vermək gərəkir. Bizim dediyimiz düşüncə və yaşam dəyərlərinin adı bəlli deyil. Biz müsəlman kimlik olaraq Şərqin müsəlman düşüncəsinin parçası olaraq görülsək də yaşam tərzimizdə olan ziddiyyətlər “körpüdə yaşayanlar” kimi görünür. Körpü yaşanılan yer deyil, hər gelən və keçənə yol vermək məcburiyyətindəsən. Bu yaşam ziddiyyəti erməniyə dayı de fəlsəfəsi ilə körpünü keçməyin mahiyyətini üzə çıxarır. Ya körpüdə yaşayacaqsan, ya da erməniyə dayı deyib, körpünü keçəcəksən məntiqi burdan yaranıb.

Tarix və zaman içində coğrafi şəraitin yaratdığı  Azərbaycan Körpüləşməsi kimin parçası olma diqtəsinə o qədər kəskin zəminlər hazırlayıb ki, bu suala cavablar tapmaq ciddi araşdırmalar tələb edir.

Bu gün düşüncə bulaqları qurumuş Azərbaycan bulanıq sulardan özünə arxlar çəkmək məcburiyyətidədir. Bu arxların hər birindən gələn sular çirkab sulardır.Çirkab sularda çeşmə suyunu axtarmaq sadəcə bir dəlilikdir.

Fikir çeşməmizin bu qədər ciddi boşluqlardan var oluşunun səbəbləri kifayət qədərdir. Tarix və zaman içində baş verən ciddi kataklizmlərdən qurtula bilməsək də  bir tək Cövhər olaraq təməlləşən genetik yaddaşda Özüz. Bu Öz bizim kimlik savaşında tanına bilinməyən və çözülə bilinməyən bir kodlaşmaya bağlı olduğundan onun zədələnməsi böyük zaman içində baş verə bilər. Düşüncə olaraq zədəli olsaq da mədəniyyət qatında var olan Cövhərimiz özünü qoruya bilməkdə davam edir. Bu öz cövhərlə fikir bulanıqlığının körpüsündə nələri tanıya bilirik, nələri tanıya bilmədən yaşama davam edirik məsləsini araşdırmağa cəhd edəcəyik.

İdarəetmə olaraq fəlsəfəmiz bizim olan deyil.

İstifadə edilən düşüncə və tanıma mexanizmləri də bizim deyil.

Bizə biçilən bu donların içində bizim olanın nə olmasını müəyyən etməkdən ötrü özümüzü tanımalıyıq. Dolma yeyib,caz ifa edə bilərik. Qanburqer yeyib muğam anlamaq mümkün deyil. Biz bu tip rabitəsizlyin qurbanlarıyıq. Yaşam tərzi ilə kültür kodları üst üstə düşmədiyindən Ağıl və Can bağlantısı yarana bilmir.

Ellin və xristian mədəniyyəti üzərindən dünyanı anlamaq cəhdi bu gün var olan Qərb düşüncə və yaşam tərzinin ana qaynağıdır.

Bizim bu yaşam və düşüncə müstəvisində döğruları anlamaq istəyimiz çox çətin bir prosesdır. Çünki biz hazırlanan bu maddənin nədən ibarət olmasını bilmirik. Adi bir istifadəçi olaraq varıq. Xəmirin mayasını və yoğrulmasını görmədən son məhsul olaraq Çörəyi görənlər misalı. Hazır olanı alan və istifadə edənik. Nə yoğururuq, nə də bişiririk. Bu tip qəlibləşmə düşüncəmizin şəkilləşməsində ciddi rol alır. Biz öz ruh yaddaşımızı bu düşüncə qəlibində ifadə etməyə çalışdıqca bütöv olanı ala bilməyəcək bir yarımçıq xammaddə halında qalırıq.

Bizim kültür və yaşam yaddaşımız insanlıq üçün nə edə bildik  prosesindən kənardadır bu halda. Onlar dünyanın ana qaynağı, biz isə sadəcə onların tərkində alıb apardıqları yükük. Gərəkirsə bu yükü ata bilirlər, gərəkirsə istifadə edirlər.

Bir kimlik olaraq var olmaq kimlik dəyərini anlamaq istər. Mən bir kimlik olaraq yoğrulduğum xəmirin mayası nədir kimi ciddi suallar yaranmalı və kimlyin özünüifadəsində  var olan təzahürlər aydınlaşamlıdır ki, Biz olan tanınsın. Biz olanı tanımadan ondan sadəcə vasitə kimi istifadə Qərb düşüncə qəlibinin əsas aparıcı lokomotividir. Bu proses 300 ildir ki, davam edir. Bu 300 illik məsafədə var olan sadəcə Onlardır. Və bir də onların icad edib bizlərə verdiyi Dəyərlər toplusu. Biz o dəyərlər toplusu ilə yaşasaq da, bu yaşam Şəkil görüntüdən savayı bir şey deyil.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600