İki futbolçumuz millidən kənarlaşdırıldı – SƏBƏB

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki üzvü düşərgədən kənarlaşdırılıb.

Yenicag.az xəbər verir ki, bunlar “Neftçi”nin qapıçısı Elnur Hüseynov və “Zaqatala”da eyni ampluada oynayan Vüsal Şabanovdur.

Onlar nizam-intizam qaydalarını pozduqlarına görə – siqaret çəkdikləri üçün komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib. (apasport.az)

Loading...