İlham Əliyev BP direktoru ilə görüşdü

media-hightechnic-468x90

611256436f1c52842025217f4c7a2c5bAzərbaycan prezidenti İlham Əliyev Qarsda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə Azərbaycanla BP arasında uğurlu əməkdaşlıqdan və “Şahdəniz” qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edilib.

Ötən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin, eləcə də Qarsda TANAP layihəsinin təməlinin qoyulmasının önəmi vurğulanıb, “Cənub” qaz dəhlizi layihəsi üzrə işlərin uğurla davam etməsinin əhəmiyyəti qeyd olunub. “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi kimi TANAP-ın önəmi, bu layihələrdə bütün işlərin plan üzrə həyata keçirildiyi bildirilib.

Söhbət zamanı 2018-ci ildə “Şahdəniz-2” layihəsindən Türkiyəyə 6 milyard kubmetr əlavə qazın verilməsinin əhəmiyyəti qeyd edilib. TAP layihəsi üzrə də işlərin uğurla davam etdiyi vurğulanıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Görüşdə BP-nin TANAP layihəsinin səhmdarlarından biri olmasından məmnunluq ifadə olunub, digər layihələr üzrə də işlərin uğurla davam etdirildiyi bildirilib. Söhbət zamanı Azərbaycanla BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600