İlham Əliyev həmkarını təbrik etdi

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesi təbrik edib.

Yenicag.az -ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2024-cü il münasibətilə də Sizə ən səmimi təbriklərimi çatdırır, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”

media-ziraat-728x90

İlham Əliyev həmkarını təbrik etdi

media-hightechnic-468x90

ilham eliyev df60Azərbaycan prezidenti İlham Əliyev Sercio Mattarellanı İtaliya prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

”Hörmətli cənab prezident, İtaliya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli mədəni əlaqələrimiz Azərbaycan-Italiya münasibətlərinin səciyyəvi cəhətlərindəndir.

İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600