İlham Mirzəyev həbsxanada müalicə alır

media-hightechnic-468x90
img1657237Tanınmış teleapırıcı İlham Mirzəyevin barəsində çıxarılan hökmdən apelyasiya şikayəti veriləcək.
Bu barədə İ.Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib.
O bildirib ki, aparıcıya elan edilən ittihamlarda cinayətin əsası yoxdur. Vəkilin sözlərinə görə, həmin ittihamlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll edilməli idi.
X. Bayramzadə apelyasiya instansiyasında İlham Mirzəyevə bəraət hökmünün çıxarılmasını tələb edəcəklərini bildirib, eləcə də, teleaparıcanın səhhətində problemlərin olduğunu qeyd edib.
“O, xəstəxanaya yerləşdirilib, bel ağrısından və bir neçə xəstəlikdən əziyyət çəkir. Hazırda cəzaçəkmə məntəqəsinin tibb məntəqəsində müalicə olunur”.
Qeyd edək ki, İlham Mirzəyev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib. (lent.az)
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa