Bəzi ölkələrdə fahişələr yalnız bitkoin (kriptovalyuta) qarşılığında xidmət göstərməyə başlayıblar.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, bitkoinlə “işləyən” fransalı fahişə artıq 1 milyon dollar qazanıb.
Məlumata görə, “İnstagram”da özünün erotik fotolarını paylaşan Feodora adlı fahişənin şəkillərinə baxış üçün ödənilən bitkoinin dollar ekvivalenti artıq 1 milyonu keçib.
O, “İnsrtagram” səhifəsində özü haqqında belə bir təqdimat verib:
“Mən Feodorayam, manipulyator, elit maliyyə Xanımı, mənə səs verin”.
Feodoranın dünyanın ilk “bitkoin fahişəsi olduğu bildirilir.
Maraqlıdır ki, Feodora kişilərlə sadəcə, ünsiyyətdə olmaqla kifayətlənmir, həm də onların maliyyə işlərini idarə edir.
Hətta onunla bir dəfə də görüşməyən bəzi kişilər öz maliyyə işlərini Feodoraya etibar edirlər.
Feodora ilə telefon söhbətinin 1 dəqiqəsi 69 dollara başa gəlir. Onun ümumilikdə, 400-ə yaxın müştərisi olsa da, Feodora yalnız ABŞ və İngiltərədən olan 20-25 zəngin şəxslə görüşür.
www.yenicag.az