İlkin TƏƏSÜFLƏNDİ: “YouTube” trendi ilə “sənətkar” olublar”
“Təəssüflər olsun ki, indi o insanlar “YouTube” trendi ilə göstərici olublar”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni İlkin Dövlətov “Tarixin bir günü” verilişində deyib.
Sənətçi aparıcının bayağı mahnıların nədən bu gün dinləyicisinin çox olması ilə bağlı sualına münasibət bildirib:
“Həmişə əsl sənətin alıcısı az olub, amma keyfiyyətli dinləyicisi olub. İllərdir ki, belədir, amma bu gün daha qabarıq özünü göstərir, çünki o zaman sosial şəbəkələr yox idi. Onlar öz işlərini sata bilmirdilər, çünki efirə çıxa bilmirdilər. Təəssüflər olsun ki, indi o insanlar “YouTube” trendi ilə göstərici olublar, vizual olaraq o insanları sənətkar statusuna gətirib çıxarıblar. Onlar özləri özlərini o yerə gətirib çıxarıblar, çünki məhsuldardılar. Bunun üçün də böyük məbləğdə pullar qoyublar. Buna görə də elə mahnılar oxumağa məcburdurlar. Mən əslində özümü qınayıram”.
O, aparıcının “bayağı mahnılar oxumadığınıza görə özünüzü qınayırsınız” sualını belə cavablandırıb:
“Yox, sadəcə məhsuldar olmadığıma görə özümü qınayıram”.
Nehru