!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnsan alverinə qarşı mübarizədə qətiyyət nümayiş etdirilir” – Ramiz Alıyev

!Reklam – Yazi

“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Quba və Xaçmaz rayonlarında “İnsan averinə qarşı mübarizədə proflaktik tədbirlərin təşkili” adllı tədbirlər keçirmişdir.

Yenicag.az xəbər verir ki, mövzu və layihə təbdbir iştirakçıları tərəfindən olduqca maraqla qarşılanıb. Tədbirlərdə Rayon Polis Şöbələrinin əməkdaşları, icra hakimiyyətlərinin əməkdaşları, bələdiyyə nümayəndələri, müəllimlər, gənclər və hər iki rayon ərazisində fəaliyyəət göstərən özəl qrumların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyev açaraq layihə haqqında qonaqlara məlumat vermiş və mövzunun vacibləyini diqqətə çatdırmışdır. Ramiz Alıyev İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı cənab Prezidentin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verdi. İnsan alveri və bu cinayətkarlıqla mübarizə mexanizmlərindən danışdı. Azərbaycan dövlətinin İnsan Alverinə Qarşı mübarizə ilə bağlı apardığı siyasəti diqqətə çattırdı.

Bildirdi ki, “Hər il Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətinin həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə dəstək olur. Natiq tədbir iştirakçılarına cənab Prezident tərifindən yaradılan İnsan Alverinə Qarşı Mübarizə Komisiyası və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyəti haqqında geniş məlumat verdi.

Eyni zamanda bildirdi ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsi də hər il Azərbaycanın hər bir regionunu əhatə edən insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri təşkil edir. Natiq qeyd etdi ki, ” İnsan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan dövlətinin apardığı siyasət bir çox dövlətlərə örnək olmalıdır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan polisi İnsan alverinə qarşı mübarizədə qətiyyət nümayiş etdirir”.

Daha sonra qeyd etdi ki, Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə qurulmuşdur”.

Tədbirdə DİN-nin çəkdirdiyi “Satılmış Həyat” filmi də nümayiş olunmuş, tədbir iştirakçılarına mövzu ilə bağlı buklet və buraşurlar paylanılmışdır.

COP29

www.yenicag.az

4117
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv