İnsan sağlamlığı üçün ən vacib VİTAMİN

media-hightechnic-468x90

Vitaminlər orqanizmə mikrodozalarda daxil olsa da orqanizmin normal fəzliyyətində və insan sağlamlığında çox böyük rol oynayır. Bu və ya digər vitaminin çatışmazlığı çox ciddi pozulmalara səbəb ola bilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Avstraliya alimləri araşdırma aparıb aşkar ediblər ki, insan orqanizmi üçün ən vacib vitamin D vitaminir. “Günəş vitamini”, “həyat iksiri” adlandırılan bu vitamin orqanizmdə gedən mübadilə proseslərində əsas rol oynayır. D vitamini immun sisteminin funksiyalarını stimullaşdırır, sümük və dişlər üçün vacib olan fosfor və kalsiumun normal mənimsənilməsini təmin edir, ürək-damar sisteminə müsbət təsir edir, insult, infarkt və ürəyin işemiya xəstəliyindən qoruyur, insulinin ifrazını stimullaşdıraraq 2-ci tip diabetdən qoruyur.

Həmçinin elmi araşdırmalar göstərir ki, D vitamini orqanizmi xərçəng xəstəliklərindən də qoruyur.

D vitaminin əsas özəlliyi ondan ibarətdir ki, bu vitamin gün şüaları təsirindən dərimizdə sintez olunur.

Vitaminin ən yaxşı qida mənbələri: yağlı balıq, yumurta sarısı, treska balığının qaraciyəri, dəniz məhsulları, kərə yağı./Saglamolun.az/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05