“Hootsuite” və “We Are Social” ekspertləri 2018-ci ilin yekununa görə internetin inkişafı və onun həyatımızdakı rolunu qiymətləndirib. Orta statistik istifadəçi internetdə 6 saat 42 dəqiqə vaxt keçirir. Bu o deməkdir ki, insanlar həyatının üçdə birini internetdə keçirir.
Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, Rusiyada orta göstərici 6 saat 29 dəqiqə təşkil edir. Filippinlilər isə internetdə 10 saatdan çox vaxt keçirir. Həmçinin Braziliya, Tailand və Kolumbiya sakinləri internetdə 9 saatdan çox vaxt keçirirlər.
Reytinqin son pilləsində Yaponiya qərarlaşıb. Bu ölkədə insanlar internetdə 4 saatdan az vaxt keçirir. Avropanın bir sıra zəngin ölkələrində bu göstərici 5-6 saat təşkil edir.
Afrika ölkələrində isə internet istifadəçilərinin sayı yüksək templə artır. Ekspertlər bunu ucuz və ya hətta ödənişsiz internetin təmini üçün çoxsaylı təşəbbüslərin olması ilə izah edirlər.
www.yenicag.az