!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Instagram" bu reklamları SİLƏCƏK

!Reklam – Yazi

Məşhur Instagram fotoservisi elektron siqaret, adi siqaret, silah, alkoqol və pəhriz əlavələri kimi məhsulların reklamlı paylaşımlarının idarə olunmasını sərtləşdirəcək.

Yenicag.az xəbər verir ki, fotoservisin təmsilçiləri bildiriblər ki, elektron siqaret, adi siqaret və alkoqollu içkilər kimi məhsulların reklamları daha öncə də qadağan edilmişdi. Lakin yaxın bir neçə həftə ərzində fotoservis bu cür reklamlı paylaşımları bir dəfəlik siləcək.

Alkoqollu içkilərin və pəhriz əlavələrinin reklamlarına gəldikdə isə Instagram həmin məhsulların reklamlarının məhdudlaşdırılmasını tələb edəcək. Gələn il bu cür məhsulların reklamları ilə məşğul olan şəxslər üçün Instagram daxilində xüsusi funksiya təqdim ediləcək. Həmin funksiya sayəsində şəxslər bu cür məhsulların müəyyən yaş istifadəçilərə göstərilməsini dayandıra biləcəklər.

Bununla yanaşı fotoservis Brand Collabs Manager adlı aləti də anons edib. Həmin alət vasitəsilə istifadəçilər və brendlər bir-birilərini axtararaq reklam elanlarının yerləşdirilməsi üzrə danışıqlar apara bilərlər. Əvvəllər istifadəçilər brendlərə öz paylaşımlarının baxış sayı və digər göstəricilər üzrə statistikalarını göndərirdilərsə yeni alətdə bütün bu göstəricilər avtomatik olaraq əks olunacaqlar. Bu yeni özəllik hələ ki, az sayda influencerlər üçün aktivdir./Technote/

COP29

www.yenicag.az

932
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv