Populyar sosial şəbəkələrdən olan İnstaqram yeni funksiyasını aktivləşdirib.
Yenicag.az xəbər verir ki, sosial şəbəkələr arasında keyfiyyət mübarizəsi davam edir. Bu dəfə İnstaqram rəqiblərini geridə qoyaraq yeniliklər sırasına “Mənə sual ver” funksiyasını əlavə edib. Yenilik istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.
Rəng və arxa fon seçərək maraqlı sorğu qutuları yaratmaqla istifadəçilər izləyicilərinin suallarını qəbul edirlər. Suallar “direkt”dən göndərilmir və qarşı tərəfin məxfiliyini qoruyur.
Qeyd edək ki, İnstaqram bir neçə gün əvvəl də IG TV-ni istifadəyə verərək istifadəçilərə bir saatlıq videolar yayımlamasına imkan yaradıb. Beləliklə, bu sosial şəbəkə “YouTube”a da rəqib olmaq istədiyini göstərib.
www.yenicag.az