İnsult keçirən Xalq artisti: “Ondan başqa heç kim mənimlə maraqlanmır”

media-hightechnic-468x90

Bir müddət əvvəl insult keçirən, daha sonra evdə yıxılaraq qolunu sındıran tanınmış aktrisa, Xalq artisti Fatma Mahmudovanın müalicəsi davam edir.

Bunu Yenicag.az-a açıqlamasında Xalq artisti özü deyib.

Aktrisa ona olan diqqətsizlikdən və biganəlikdən gileylənib:

“Dekabr ayında 70 illik yubileyim oldu, heç kim maraqlanmadı. Bu, məni çox sarsıtdı, ruhdan düşdüm. Sonra da səhhətimdə problemlər yarandı, insult keçirdim. Mən əmi, dayı, xala hesabına Xalq artisti olmamışam, öz gücümə, sənətimə görə bu səviyyəyə gəlib çatmışam. Xalqın aktrisasıyam, xalqım məni sevir, hörmət bəsləyir. Mən də özümə qarşı diqqət, qayğı umuram, buna haqqım da çatır. Lalə Azərtaşdan başqa heç kim mənimlə maraqlanmır. Hazırda onun köməkliyi ilə müalicə olunuram. İnsult ağır xəstəlikdir, insandan səbir tələb edir. Mən də səbirlə gözləyirəm. Mən də istəyirəm ki, bu xalqın sənətkarı kimi mənə də diqqət ayırsınlar, mənimlə maraqlansınlar”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600