“Iphone 8” üçün gecəyarısı növbəyə dayandılar – FOTO

Texnologiya aşiqləri Apple şirkətinin istehsalı yeni model iphone telefonlarını əldə etmək üçün gecə boyu növbə gözləyiblər.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, “iphone 8” bu gecə saat 00:00-dan etibarən İstanbulda satışa çıxarılıb. Ən qısa müddətdə yeni model telefonları əldə etmək üçün alıcılar telefon mağazasının qarşısında növbəyə dayanıblar. Türkiyədə ilk “iphone 8″i Asrın Köklü adlı bir gənc alıb:
“Çox xoşbəxtəm, aylardır onu gözləyirdim”.

Qeyd edək ki, “iphone 8”-in Türkiyə qiymətləri 4,199-5,549 lirə ( 2000-2500 manat) arasında dəyişir.