“İradio” gənclərə yeni verilişlər təqdim edir

media-hightechnic-468x90

11178489_1000067480033125_202981459_n“İRƏLİ” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “İradio” gənclər üçün 6 yeni veriliş hazırlayıb. Qeyd edək ki, “Afişa” “Gənc Əkinçi” “İradio Kafe” “Səsin Gəlsin” “Popkorn” “Açıq Sənəd” adlı verilişlərini İradio dinləyicilərə təqdim edəcək.

“İradio” olaraq əsas hədəflərimiz: – informasiya texnologiyalarının yaratdığı imkanlardan yararlanmaq – müasir media sahəsində öz yerini tutmaq, – gənclərə məxsus, onların maraq dairəsini əhatə edən brend yaratmaq – milli musiqi və mənəvi dəyərləri gənclər arasında təbliğ etmək – hər zövqdə gənci nəzərə alıb, hər janrda musiqiləri yayımlamaq – bu sahədə marağı olan gənclərə təcrübə qazandırmaq üçün şərait yaratmaqdır.

“İradio” olaraq əsas məqsəd müasir tələblərə cavab verən funksional online radio yaratmaq, gənclərin maraq dairəsinə uyğun verilişlərin hazırlanması, yüzlərlə gəncin təcrübə qazanmasıdır.

Eyni zamanda www.iradio.az saytı da gənclərə təqdim olunub. “İradio”nun yayımlanma vaxtı həftənin 7 günü, 24 saatdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600