!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda qar məktəbləri bağladı

!Reklam – Yazi

İranın Qərbi Azərbaycan vilayətinin 7 şəhərində güclü qar yağması səbəbindən məktəblər bağlanıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə İranın Qərbi Azərbaycan vilayətinin Təlim və Təhsil İdarəsi açıqlama yayıb.

Məlumata görə, İranın Qərbi Azərbaycan vilayətinin kəndlərində də məktəblər fəaliyyətini dayandırıb.

İranın Qərbi Azərbaycan vilayəti ilə yanaşı, Ərdəbil vilayətində də güclü qar səbəbilə məktəblər bağlanıb.

İranın Ərdəbil vilayəti Yol və Yol Nəqliyyatı İdarəsinin baş direktoru Əli Rəhməti bildirib ki, vilayətin 450 kəndinin yolu bağlanıb. Yolların açılması üçün işlər aparılır.

Proqnozlara görə, qarlı hava bu gün də davam edəcək./Trend/

www.yenicag.az

3404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv