Azərbaycanın İrandakı səfirliyinin ilkin məlumatına əsasən İranda qəzaya uğrayan sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.
Yenicag.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyev əlavə məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlanacağını qeyd edib.
Xatırladaq ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan “Aseman Airlines” aviaşirkətinə məxsus “ART-72” tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra yerə düşüb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza zamanı sağ qalan olmayıb.