Reklam: High Technic
hightechnic

İranda vəziyyət gərginləşir - Etiraz aksiyalarında 2 nəfər öldürülüb

İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Lakin İran Dövlət Televiziyasına açıqlama verən bir dövlət rəsmisi ölən iki nəfərin İran polisi deyil, xarici agentlər tərəfindən öldürüldüyünü bildirib.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Etirazlar hələ də davam edir.

www.yenicag.az

2627