!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda zəlzələ: Ölən və yaralananlar var

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, İranın cənub-şərqində zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, zəlzələ UTC vaxtı ilə saat 06:23-də İranın cənub-şərqində 5,6 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Bam şəhərindən 126 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Bu barədə Sistan və Bəlucistan əyalətində İran Qırmızı Ayparasının rəhbəri Rəsul Raşki bildirib: “İranşahr şəhərində 18 yaşlı qız həlak olub. Bundan əlavə, “afterşoklar” zamanı 2 nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilib”.

www.yenicag.az

750
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv