“Sülh çağırışları qulağa xoş gəlsə də, gedişat tamamilə sülhdən uzaqlaşıb”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın sülh prosesində durğunluğundan danışan politoloq Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, İrəvan danışıqlar prosesindən çıxmaq niyyətindədir.
“Aktorların çoxaldılmasında Ermənistanın maraqlı olması bunu deməyə əsas verir. Regionda müharibə ehtimalının artması Ermənistanı həvəsə gətirir. Böyük dövlətlərin əli ilə İrəvanın növbəti dəfə müharibəyə yuvarlanma prosesinə cəhdlər var. Sülh çağırışları qulağa xoş gəlsə də, gedişat tamamilə sülhdən uzaqlaşıb”, – deyə o bildirib.
Ətraflı olaraq açıqlamanı videodan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az