!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-dən sosial şəbəkə qadağası: “İçimizdə casuslar var”

!Reklam – Yazi

İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsi öz üzvlərinə sosial şəbəkələrdən istifadəni qadağan edib.

Yenicag.Az xəbər verir ki, bu barədə İngiltərənin “Independent” nəşri informasiya yayıb.
Məlumata görə, İŞİD rəhbərliyi bu qərarı xarici ölkələrin xüsusi xidmət orqanlarının şəbəkəyə çox sayda casus yerləşdirmələri ilə əlaqələndirib.

İraq və Suriyada ard-arda məğlubiyyətlərə uğrayaraq, canlı qüvvə və ərazi itkilərinə məruz qalan İŞİD rəhbərliyi bu uğursuzluqların səbəbini üzvlərinin sosial şəbəkələrdəki fəaliyyətində görüb.

Qeyd olunur ki, İŞİD rəhbərliyi sosial şəbəkələrdən istifadəyə dair qadağa əmrini terror qurumunun məxfi rabitə kanallarında ərəb və ingilis dillərində yayıb.

Yenicag.Az

COP29

www.yenicag.az

993
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv