İŞİD-in Xəzər sahillərində

media-hightechnic-468x90

Natiq_Miri_812190686Natiq Miri: “İŞİD-i həm Əfqanıstanda, həm də Xəzərin müəyyən sahillərində görmək ehtimalımız böyükdür”

Terrorçu təşklat olan İŞİD deyəsən öz təsir arsenalını genişləndirmək niyyətindədir. Bununla bağlı rusiyalı ekspert Stanislav Printçin qeyd edib ki, koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda İŞİD burada mövqelərini “Taliban”ın köməyi ilə möhkəmlənməyə çalışır. Buradan isə Türkmənistan vasitəsilə Xəzər dənizinə çıxmağı nəzərdə tutublar.

Görəsən, İŞİD-in Xəzərə kimi gəlməsi mümkündürmü?

Politoloq Natiq Miri bunun baş verə biləcəyini mümkün saydı: “İŞİD bütün addımları heç də onun rəhbərlərinin bilavasitə müstəqil qəbul etdiyi qərarlara söykənmir. Bilirsiniz ki, İŞİD çox güclü dünya dövlətləri tərəfindən dəstəklənir və idarə olunur. Onların qəbul etdiyi qərara uyğun olaraq həmin trayektora üzrə də terror qruplaşması hərəkət edir. Ona görə də bu gün üçün İŞİD-i hər yerdə görmək ehtimalımız var və buna inanmaq lazımdır. Fikir vermisnizsə İraqda başlanan proses tədricən Suriyaya transfer etdi. Kobani hadisələri hamının yaddaşındadır. İndi isə İŞİD Liviyada da müəyyən neft hövzələri ətrafında görünməyə başlayıb. Təbii ki, bu hadisələr həmin güclərin geosiyasi maraqları olan digər yerlərdə də peyda ola bilər. Bu gün İŞİD həqiqətən də heç bir terror təşkilatına bənzəməyən bir qruplaşmadır. Ona görə ki, bu qrup hansısa maliyyə şəbəkələrinin diqtəsilə hərəkət edəcək məhdud bir qrup deyil. Bu məsələnin arxasında ciddi geosiyasi maraqları olan böyük güc mərkəzləri dayanır. Bu yaxınlarda İraqda İŞİD terror qruplaşmasına havadan silah yardımı ilə tanınan, hətta vurulması iddia olunan təyyarələr haqqında informasiyalar da verildi. Bunlar heç də təsadüfü deyil. Hiss olunur ki, bir tərəfdən İŞİD-i məhv etmək istəyən qüvvələr, başqa bir tərəfdən də həmin qüvvənin hərəkət etməsi üçün müəyyən mənada stimul verirlər. Hiss olunur ki, idarə olunan bir xaos nəzəriyyəsi həyata keçirilir. Bu idarə olunan xaos vasitəsilə istədikləri yerdə öz geosiyasi, geoiqtisadi maraqlarını təmin edirlər. Ona görə də İŞİD-i həm Əfqanıstanda, həm də Xəzərin müəyyən sahillərində görmək ehtimalımız böyükdür. Təbii ki, həmin güc mərkəzlərinin istəkləri olsa İŞİD kimi terrorçu təçkilatları həmin coğrafi əraziyə yönləndirərlər. Proses bundan ibarətdir. Kimlər ki, “ipə-sapa yatmır” onu İŞİD qruplaşması vasitəsilə cəzalandırırlar”.

 

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600