İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yoldan çıxan “Mersedes Vito” markalı sərnişin mikroavtobusu elektrik dirəyinə çırpılaraq aşıb.
Göyçay şəhər sakinləri – 1980-ci il təvəllüdlü Gözəlov Elşad Nəriman oğlu, 1980-ci il təvəllüdlü Əfəndiyev Tərlan Ələddin oğlu, Çayarxı kənd sakini, 1955-ci il təvəllüdlü Feyzullayeva Bahar Məhəmməd qızı, Ləkçiplaq kənd sakinləri, 1998-ci il təvəllüdlü Vəliyev İbrahim Polad oğlu və 1996-cı il təvəllüdlü Yusifov Kamil Yaşar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./APA/
www.yenicag.az