İsrail UNESCO-nun qərarını tənqid edib

media-hightechnic-468x90

UNESCO İsrail altında olan və Fələstinə məxsus Əl Hilal şəhərini təhlükə altında olan dünya mədəni irsi siyahısına əlavə etdi.

Yenicag.az israil KİV-inə istinadən xəbər verir ki, qərar 3 əleyhinə, 12 lehinə və 6 bitərəf səslə qəbul edilib.

Fələstin Xarici İşlər Nazirliyi qərarını diplomatik uğur kimi qiymətləndirib.

İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Emmanuel Naxşon Ümumdünya irs komitəsinin əl-Xəlil (Hevron) şəhərinin tarixi hissəsini Fələstin obyekti kimi tanımasına görə UNESCO-nu tənqid edib, qəbul olunan qərarı “təşkilatın adına ləkə” adlandırıb və onu “yalan tarixi hekayənin təbliğində” ittiham edib.

“UNESCO-nun Hevron və Patriarxlar sərdabəsi ilə bağlı qərarı mənəvi ləkədir. Yersiz təşkilat saxta tarixi təşviq edir. UNESCO üçün rüsvayçılıqdır.”, – deyə Naxşon qeyd edib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600