İstəmərəm qızım kimlərinsə qabağında oxusun!" - Günel Ələkbərova
“Qızı müğənni olsa, atasının ürəyi partlayar…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova “Öz aramızda” verilişində qonaq olarkən deyib.
Sənətçi qızının səsi və istedadı olsa da, onun müğənnilik yolunu seçməsinə qəti şəkildə qarşı çıxıb:
“Bizim sənətin adı üstündədir incəsənət. Allahdan ən böyük arzumdur ki, qızımın həkim olmasını istəyirəm. Savadlı və rəhmli həkimlərdən olsun. Amma yenə də son qərarı öz seçiminə buraxıram. Əslində istəsəm, qızıma dəstək olaram, çünki gözəl səsi də var. Lakin bu, çox keşməkeşli sənətdir. Mən o çətin yollardan keçdiyim üçün istəmərəm ki, övladım da eyni sıxıntıları yaşasın.
İstəmərəm qızım kimlərinsə qarşısında mahnı oxusun. Elə qoy onun qarşısında oxusunlar! İstəyirəm ki, bir xanım kimi öz kabinetində otursun, pasiyentlərini qəbul etsin və ona “doktor Məryəm xanım” deyə müraciət etsinlər. Elə atası da onun həkim olmasını arzulayır. Qızı müğənni olsa, atasının ürəyi partlayar”.
Nehru













