!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtaliya Azərbaycandan qeyri-neft məhsulları idxalını artırdı

!Reklam – Yazi

Ötən il Azərbaycandan İtaliyaya 42,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Yenicag.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 861 min ABŞ dolları və ya 2% çoxdur.

Hesabat dövründə İtaliyaya qeyri-neft məhsulları ixracı Azərbaycanın ümumi ixracının 1,28%-ni təşkil edib.

Eyni zamanda, 2024-cü ildə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələrin siyahısında İtaliya ilk pillədə qərarlaşıb. Belə ki, ötən il Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 11,4 milyard ABŞ dolları olub. Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 4,3 milyard ABŞ dolları və ya 27,4% azdır.

Ötən il Azərbaycandan İtaliyaya 10,9 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 4,3 milyard ABŞ dolları və ya 28,5% azdır.

2024-cü ildə Azərbaycan İtaliyadan məhsul idxalını illik müqayisədə 37,9 milyon ABŞ dolları və ya 7,9% artıraraq, 515,8 milyon ABŞ dollarına çatdırıb.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır./Trend/

www.yenicag.az

67
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv