“Vanity Fair” jurnalı, ABŞ prezidenti Donald Trampın qızı və məsləhətçisi İvanka Trampın Ağ Evdəki ləqəbi ilə bağlı yazı yayımlayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnala məlumat verən qaynaqlar İvankanın ləqəbinin “Krallıq şahzadəsi” olduğunu bildiriblər. Həmçinin onlar Trampın qızı barədə bu sözləri söyləyiblər: “O, çox xüsusi olduğunu zənn edir, ancaq belə deyil. Özünə həddən artıq güvənir.”
Adının açıqlanmasını istəməyən, keçmişdə Trampın məsləhətçisi olmuş bir şəxs isə belə deyib: “Üzr istəyirəm, amma nə siz kral ailəsi, nə də o şahzadə deyil”.
Ağ Evdən olan mənbənin məlumatına görə, İvankanın və onun əri Kuşnerin prezidentin komandası daxilində nüfuzu çox zəifdir. Bununla belə, G20 sammitinə Trampın yerinə qızı İvankanın qatılması da böyük əks-səda doğurmuşdu.
www.yenicag.az