!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

JuHİ COVID-19-a yoluxan və bu virusdan vəfat edən jurnalistlərin sayını açıqladı – Kədərli STATİSTİKA

!Reklam – Yazi

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) koronavirus infeksiyasına yoluxan və bu virusdan həyatlarını itirən ölkə jurnalistlərinin sayını açıqlayıb.

Yenicag.az xəbər verir ki, JuHİ-nin apardığı monitorinqin nəticələri üzrə açıqladığı statistikaya əsasən, infeksiyanın yayıldığı müddətdə Azərbaycanda 205 nəfər jurnalist COVİD-19-a yoluxub, onlardan 10 nəfəri vəfat edib.

Məlumata görə, yoluxanlardan 57 nəfəri son dalğanın dövrünə düşür, fevral-aprel ayları aralığını əhatə edir. Bu da media işçiləri arasında yoluxmanın ötən dövlərlə müqayisədə intensivliyini göstərir.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Ona görə də yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.

Məsələnin aktuallığını nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən, kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bununla bağlı kriteriyalar həftə ərzində açıqlanacaq.

COP29

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv