Kazanda ölənlərin sayı artır-Video-YENİLƏNİB

media-hightechnic-468x90

9ef90eb27809f4d20c0c9af9b5700b02dfg

 

Kazanda “Admiral” ticarət mərkəzində baş verən yanğın zamanı 3 azərbaycanlı ölüb.

Bunu Ümumrusiya Azərbaycan Konqresinin Tatarıstan Respublikası üzrə Regional bölməsinin sədri Ziyafət Qasımov deyib.

Onların şəxsiyyətinin hələlik məlum olmadığını deyən Z. Qasımovun sözlərinə görə, ölənlərdən ikisinin Gürcüstan əsilli azərbaycanlılar – ər-arvad olduğu açıqlanıb. Digər şəxs isə Azərbaycan vətəndaşı, Gədəbəy rayon sakini olan 17 yaşlı oğlandır. Onun Kazanda çalışan atasının yanına getdiyi bildirilir. Yanğın zamanı ata ticarət mərkəzindən çıxa bilsə də, oğlu orada yanaraq ölüb.

Z. Qasımov onu da deyib ki, dağıntılar altında 25 nəfərin qaldığı güman olunur.

***

Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan “Admiral” ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Provoljsk regional mərkəzinin rəisi İqor Panşin deyib ki, ölənlər arasında 3 nəfər Tacikistan, bir nəfər Qırğızıstan, bir nəfər isə Rusiya vətəndaşı var.

Ölən digər şəxslər haqda isə məlumat verilmir.

Hazırda qalıqların təmizlənməsi üçün ərazidə ağır texnika çalışır.

Yanğına görə “Admiral”ın rəhbəri Hüseyn Qəhrəmanov saxlanılıb.

***
Rusiyanın Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova aid olan “Admiral” ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Məlumata görə, 10-cu meyit yerli vaxtla gecə saat 1.25 radələrində çıxarılıb.

Qeyd edək ki, dünən baş verən yanğında öncə 5 nəfərin meyiti tapılmışdı.

Hadisə nəticəsində xəsarət alanlar isə Kazan xəstəxanalarında müalicə edilir.

Yanğının elektrik naqillərinin qısa qapanmasından sonra baş verdiyi təxmin edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600