!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kirkorov qadın fanatına “fahişə” dedi - VİDEO

!Reklam – Yazi

Rusiyalı məşhur müğənni Filipp Kirkorov qalmaqalla üzləşib.

Yenicag.az xəbər verir ki, hər şey Mayamidə olarkən baş verib. Kirkorov oraya uşaqları ilə birgə istirahətə gedib. Ulduz sənətçi “Miami Fashion District” mağazasında olarkən xanım fanatlarından biri ilə qarşılaşıb. O, müğənni ilə bir qədər söhbət etmək və avtoqraf almaq istəyib. Amma qadının iddiasına görə, Kirkorov ona qarşı kobud davranıb, ona “fahişə” deyib.

Bundan bərk əsəbləşən xanım onun arxasınca düşüb və baş verənləri də kameraya köçürməyə başlayıb. O, kobud sözlərinə görə müğənnidən üzr istəməsini tələb edib:

“Təkəbbürlü tip! Estradanın kralı, kobud sözlərinizə görə məndən üzr istəyin! Estradanın kralı, sizə kim belə haqq verib? Rusiyada yaşayırsınızsa, hər kəsə qarşı kobud davrana bilərsiniz? Mənasız insan, sizə kim haqq verib ki, məni rusiyalı fahişə adlandırırsınız? Mən sizin üçün fahişəyəm? Sizi məhkəməyə verəcəm! Çünki məni təhqir etmisiniz”.

www.yenicag.az

3659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv