!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqənin nəticələri açıqlandı

!Reklam – Yazi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən 6-cı qrant müsabiqəsinin nəticələrinə görə 20 layihənin maliyyələşdirilməsinə dair qərar qəbul edilib.

Bu barədə Yenicag.az KOBİA-ya istinadən xəbər verir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.

Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının dekabrın 6-da keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə KOB subyektləri tərəfindən 259 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 111-i hüquqi, 148-i fiziki şəxslərə, o cümlədən 248-i mikro, 10-u kiçik, 1-i iri sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 90-ı təhsil, 22-si elm, 56-sı tədqiqat, 91-i dəstək layihələridir.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinə sənəd qəbulu 24 sentyabr – 23 oktyabr 2024-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 25 oktyabr – 25 noyabr tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv