“Əhali arasındakı xərçəngin “müalicəsi yoxdur” məfhumu artıq öz təsirini itirib”.
Yenicag.az xəbər verir ki, bunu III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi və Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresində çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, bəşəriyyətin aktual problemlərindən biri də süd vəzi xərçəngi ilə bağlıdır.
“Hər il dünyada təxminən 2-3 milyona yaxın qadın bu xəstəliyə tutulur. Təəssüf ki, onlardan 600-700 minə yaxını isə dünyasını dəyişir. Bu rəqəmlər problemin nə qədər böyük olduğunun göstəricisidir. Onkoloq olaraq vurğulamaq istəyirəm ki, süd vəzi xərçənginin diaqnostikasında və müalicəsində nailiyyətlər var. Bu, onkologiyanın çox az sahələrindən biridir ki, belə nailiyyətlər mövcuddur. Əhali arasındakı “müalicə yoxdur” məfhumu artıq öz təsirini itirib. Çünki bu xəstəliyin uğurla müalicəsi mümkündür. Müalicə alanlar isə yenidən əvvəlki həyatlarına qaldığı yerdən davam edirlər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az