Konsertdə faciə yaşanıb

media-hightechnic-468x90

74604Cənubi Koreyada Seul yaxınlığında keçirilən pop-konsert zamanı ventilasiya örtüyünün dağılması nəticəsində 16 nəfər həlak olub, 11 nəfər ağır yaralanıb.

Bir qrup gənc səhnədə baş verənləri daha yaxından izləmək üçün metal çərçivənin üzərinə durub. Ventilasiya örtüyü həddən artıq yük tab gətirməyərək uçub və üzərində duran tamaşaçılar 20 metr dərinliyi olan quyuya düşüb.

Sonqnam şəhərində baş vermiş faciənin görüntülərində, yanğınsöndürənlərin qurbanları şaxtanın dibindən çıxarmağa çalışdığını görmək olur. Şəhər administrasiyasının rəsmisi itkilərin sayı barədə yerli telekanalla ictimaiyyətə məlumat verib.

Rəsminin sözlərinə görə, ilk ehtimala görə, faciə ventilasiya örtüyünün həddindən artıq yüklənməsi nəticəsində baş verib.

Qeyd edək ki, bədbəxt hadisə Asiyada məşhur olan qızlardan ibarət For Minit adlı pop qrupun canlı çıxışı zamanı yer alıb. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600