Könüldən illər sonra ETİRAF: “Buna görə ev, maşın aldım”

Əməkdar artist Könül Kərimova illər öncə Namiq Qaraçuxurlu ilə oxuduğu “Cavanlıq səhvi” adlı məşhur duetdən sonra varlandığını etiraf edib. O, bu duetə görə ustadı xalq artisti Arif Babayevlə aralarında narazılıq yaşandığını deyib.

Yenicag.az xəbər verir ki, sənətçi ustadının onun meyxana oxumasına qarşı çıxdığını bildirib:

“Namiqlə oxuduğum “Cavanlıq səhvi” duetindən sonra ustadım Arif Babayev məndən incidi, bu dueti qəbullanmaq istəmirdi. Demişdi ki, tələbələrim keçib meyxanaya. Bir məclisdə idik, yanına getdim ki, görüşüm, qaş-qabaqlı idi. Üzr istədim, dedim, indiyə qədər maşınım yox idi, 32 kvadratmetrlik evdə qalırdım, özümə ev, maşın aldım. Bu duetdən sonra düz bir il toy siyahım dolu idi, ona görə də dəvət edirdilər, baxa-baxa qalırdım”.

Nehru