“Biz şou adamı deyilik” – Əməkdar artistlər

media-hightechnic-468x90

“Şou-biznes var? Mən bilmirəm… Şou-biznes nədir bilmirəm. Zarafat etmirəm. Biz şou-biznes adamıyıq? Azərbaycan kanallarına Azərbaycan gözü ilə baxıram. O vaxt şou-biznes yox idi. İliyimizə, qanımıza necə hopubsa eləyik”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Gün ortası” proqramında deyib. Müğənni özünü şou-biznesdə görmədiyini deyib.

Əməkdar artist Könül Kərimova isə onun sözlərini təsdiqləyərək, səhnədə şou göstərmədiyini əlavə edib:

“Biz şou-biznesdə deyilik, əsla. Şou başqa anlamdır. Biz şou adamı deyilik. Oxuduğumuza, geyimlərimizə baxsanız görərsiniz. Şou-biznesdə mehribançılıq yoxdur. Hərə öz aləmində, istəyində, düşüncəsindədir.  Şou göstərsəydik yanımızda oxuyanda rəqqaslar olardı. Biz bir mahnı oxuyanda yüz dəfə fikirləşirik. Geyimimizə, oxuduğumuza baxanda görürsən ki, şou adamı deyilik”. /axşam.az/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05