Könülün efiri tərk etməsinin GƏRÇƏK SƏBƏBİ: "Məcbur idim!"
“Sənəti olmayanlarla qarşı lazımi qədər qəddaram.”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova “Afaqla Onlar” verilişində səsləndirib.
Bir zamanlar aparıcılıqla da məşğul olan müğənni son vaxtlar bu sahədən uzaq qalmasının səbəbini belə izah edib:
“Aparıcı kimi çox əziyyət çəkmiş oldum. Bu səbəbdən uzun müddət davam edə bilmədim. Verilişə gələn qonağı hətta sənəti o səviyyədə olmasa belə tərifləmək məcburiyyətində qalırdım. Çünki insan evinə gələn qonağı pisləməz. Bəlkə də bu, aparıcı üçün önəmli deyil. Amma mən sənət adamıyam, buna görə çox əziyyət çəkirdim.
Sənəti olanların başımın üstündə yeri var. Nə olur-olsun, bacardığım qədər onlara dəstək göstərərəm. Amma sənəti olmayanlarla qarşı lazımi qədər qəddaram.”
Nehru