Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 466 nəfər müalicə olunaraq sağalıb, 9 986 nəfər vəfat edib, aktiv xəstə sayı 350 nəfərdir.
Ölkədə son sutka ərzində 1 843, hazırkı dövrədək isə 7 393 110 test aparılıb.
www.yenicag.az