Koronavirusa yoluxanların sayı açıqlandı

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 038 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.

Ölkədə son sutka ərzində 1 552, hazırkı dövrədək isə 7 509 420 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600