Kralın oğlu İŞİD-ə qoşuldu

media-hightechnic-468x90

Kral1469178335Bəhreyn kralının dördüncü oğlu şahzadə Nasir bin Hamad əl-Həlifə Suriyanın Rakka şəhərinə gedərək İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına üzv olub.

Modern.az xarici mediaya istinadən bildirir ki, Bəhreyn kral qvardiyasının keçmiş rəhbəri Suriyaya Türkiyə sərhədi vasitəsilə keçib.

Ekstremist təşkilatının yeni üzvü dərc etdirdiyi məktubunda Bəhreyn sakinlərinin Suriya və İraqq gələrək yaraqlılara qoşulmağa çağırıb.

“Mən uşaqlarımı atdım, uğurlu həyatımdan, dəbdəbəli evlərimdən imtina etdim ki, müsəlmanların şərəfini əhl-səliblərdən qoruyum. Atam tiran olanda Bəhreynə Amerika məhsulları dolub-daşdı və ölkəmizi özlərinin dəniz bazasına çevirdilər. O, tövbə etməli və müsəlmanların xəlifəsi Əbu Bəkr əl-Bağdadi üçün sədaqət andı içməlidir” – şahzadə yazıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600