!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Larisanın oxumağı da varmış... - VİDEO

!Reklam – Yazi

“Vicdan haqqı” serialının Larisası, aktrisa Çimnaz Sultanovanın gizlin qabiliyyəti üzə çıxıb. Belə ki, aktrisa, müğənni kimi özünü sınamağa başlayıb. O, Rusiyanın pop kraliçası Alla Puqaçovanın repertuarından olan məşhur “Milyon qızılgül” mahnısını oxuyub.

Gözəlliyi və səsi ilə Alla Puqaçovanı geridə qoyan cazibədar aktrisa həmin görüntüsünü sosial şəbəkədə paylaşıb.

Yenicag.az-a açıqlama verən aktrisa səsinin olduğunu və müğənniliyə böyük maraq göstərdiyini deyib:

“Videonu görənlər inanmırlar, elə bilirlər ki, fonoqramdır. Amma yox, özüm oxuyuram. Musiqini çox sevirəm və oxumaq mənim hobbimdir. Deyilənə görə, pis alınmır”.

Aktrisa onu da bildirib ki, avqustun 18-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Retro” adlı konsert proqramında çıxış edəcək.

Həmin görüntünü təqdim edirik:

Cəvahir
Yenicag.az

www.yenicag.az

1354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv