Lənkəranda partlayış - Tələbə yaralandı

media-hightechnic-468x90

Lənkəran şəhərində qaz sızmasından partlayış baş verib.

Yenicag.az xəbər verir ki, partlayış hadisəsi Lənkəran Şəhəri Z.Əliyeva küçəsi 78, bina 3, mənzil 11-də baş verib.

Belə ki, həmin mənzildə kirayə qalan LDU tələbəsi olan Masallı rayonu Zuvand kənd sakini 1997-ci il təvəllüdlü Cəmil Xəlilzadə qazla işləyən su qızdırıcısını alışdırmaq istəyən zaman partlayış olub. Nəticədə C.Xəlilzadə sol qolu, qulaqları, boynunun arxa hissəsi və qismən də üz nahiyəsindən 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.

Xəsarət alan şəxs tələbə yoldaşları tərəfindən Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Xəlilzadə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb./Sputnik/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa