“Leyla Yunus provakator insandır!“
“Bütün dünya, cəmiyyət və Azərbaycan xalqı gördü ki, Leyla Yunus nə qədər provakator insandır! Yəni, bu insanın hər bir addımı provakasiyaya hesablanıb”.
Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Leyla Yunusun hərəkətlərinə və onun Azərbaycan polisinin papağını yerə atmasına münasibət bildirərkən deyib. YAP rəsmisi deyib ki, insan müəyyən yaşa çatdıqca öz millətinə və xalqına daha yaxın olur: “Leyla Yunusun həmin hərəkətləri isə klassik erməni hərəkətləri idi ki, insanlar da bunun şahidi oldu. Heç bir Azərbaycan qadını kimliyindən asılı olmayaraq, (canında, qanında azərbaycanlı, türk qanı olan hər hansı bir qadın) ömür boyu o cür hərəkət etməzdi. Bu insanın o erməni xisləti erməniliyi isə orada bir daha göründü. İkincisi, sən özünə insan hüquqları müdafiəçisi deyirsən, amma özün dövlət nümayəndəsinin hüquqlarını pozaraq onu təhqir edirsən. Hesab edirəm ki, hüquq-mühafizə orqanları və həmin təhqirə məruz qalmış polis işçisi bununla bağlı məhkəməyə müraciət etməlidir. Çünki həmin polis işçisi vəzifə borcunu yerinə yetirdiyi anda Leyla Yunus tərəfindən təhqir olunub. Bu, çox ciddi məsələdir.
Hətta Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşının qolundan tutanda belə həmin insan səni məhkəməyə verə bilər. ABŞ-da polisə əl hərəkəti edilsə, güllələnmək an məsələsidir. Leyla Yunus ciddi-cəhdlə çalışırdı ki, buna qarşı hər hansı bir təxribat olsun. Mən dəfələrlə mitinqləri, nümayişləri izləmişəm. Bu insanlar mitinqlər zamanı qəsdən gəlib hüquq-mühafizə orqanlarının önündə dayanaraq, onları və ailəsini təhqiramiz şəkildə söyürlər. Beləcə onlar həmin polis işçisini o həddə çatdırırlar ki, o özündən çıxsın və bunlara qarşı təxribat törətsin. Bundan da onlar istifadə etsinlər, şəkillər çəkib bütün dünyaya yaysınlar ki, məhz Azərbaycanda polis vətəndaşa qarşı bu cür hərəkətlərə yol verir. Leyla Yunusun Azərbaycan dili ilə bağlı, eləcə də Azərbaycanın ünvanına dediyi sözlər bütün azərbaycanlılara təhqir idi”(qafqazinfo.az).