Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Manaf Ağayevi aldatdılar: “Zəng etdilər ki...”

Dünən Manaf Ağayevin doğum günü olsa da, müğənni şad gününü qeyd etməyib. O, 54 yaşını tamamlayıb.

Yenicag.az-a açıqlama verən müğənni təəssüratlarını bölüşüb:

“Hər il doğum günümü əziz dostumla qeyd edirdim. Bu il o yanımda olmadığı üçün çox kövrəldim və özəl günümü qeyd etmədim. Prodüser Anar Mədətov və dostlarım məni aldadıb restorana çağırdılar. Zəng etdilər ki, gəl ora. Getdim gördüm məni gözləyirlər. Xətirlərinə dəyməmək üçün oturdum, amma dilimə bir tikə çörək də vurmadım”.

Sənətçi rəqəmlərin onun üçün əhəmiyyətli olmadığını da bildirib:

“Dərdin-qəmin yoxdursa, yaş 70 olsun, mənim üçün fərq etməz. Amma 20 yaşda dərd içində boğulacamsa, o yaş nəyimə lazımdır. Əsas olan xoşbəxt həyat sürməsidir. Yaş üstə yaşın gəlməsi gözəllikdir”.

İlk hədiyyəni həyat yoldaşından alan müğənniyə bahalı hədiyyələr də verilib:

“İlk hədiyyəni xanımımdan aldım. Daha sonra qızlarım, bacılarım, kürəkənlərim, dostlarım verdi. Mənim üçün önəmli olan səmimiyyətdir. Dünəndən telefonlarım susmur. Gözlərim doldu ki, ay Allah xalqım məni nə qədər çox istəyirmiş”.

Cəvahir

www.yenicag.az

4209
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100