Manaf KİMƏ SÖZ ATDI? – “Ara vurmaq üçün tez gəlib sənə çatdırırlar ki...”
“Kimsə səni o qədər tərifləyir, heç gəlib onu demirlər, amma bir kəlmə pis söz eşidən kimi, ara vurmaq üçün tez gəlib onu sənə çatdırırlar.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Elgizlə izlə” verilişində deyib.
Sənətçi “ara vurmaq” üçün xəbərçilik edən insanlardan danışıb:
“Mənim heç xoşum gəlmir pis sözü kiməsə çatdırım. Bəzən kimsə səni o qədər tərifləyir, heç gəlib onu demirlər, amma bir kəlmə pis söz eşidən kimi, ara vurmaq üçün tez gəlib onu sənə çatdırırlar. Bu yaxşı sözü də çatdırın da… Mən heç vaxt danışılan pis sözü kiməsə demirəm. Kimsə mənə ürək qızdırıb bir kəlmə söz deyirsə, niyə gedim kiməsə çatdırım? Sonra da o adam incisin ki, bunu təkcə sənə demişdim, niyə gedib həmin adama demisən?! Sonra da olursan pis kişi. Amma kimsə kiminsə haqqında xoş söz deyirsə, bu sözləri həmin adama çatdırıram. Pis onsuz da pisdir, yaxşı sözü çatdırın. Hamı düz axtarır, düzü də heç kim sevmir”.
Nehru