Mariya Zaxarova Azərbaycana gəlib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, o, “Jara” Beynəlxalq Festivalında iştirak edir.

M.Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib.

Onun sözlərinə görə, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək.

“Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam”, – M.Zaxarova deyib.