Son illər istifadəçilərin şəxsi məlumatlarının sızdırılması səbəbindən qibtəolunmayacaq vəziyyətə düşən “Facebook”un qurucusu Mark Zukerberq yenə diqqət mərkəzinə düşüb.
Yenicag.az xəbər verir ki, “Facebook”un qurucusu Mark Zukerberqin Demokrat Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş Elizabet Varren haqqında söylədikləri ABŞ mediasında işıqlandırılıb.
Məlumata görə, Mark ofis iclası zamanı səsləndirdiyi fikirlər mətbuata sızdırılıb. Mark həmin çıxışında Varrenin prezident seçiləcəyi təqdirdə, “Facebook” üçün “vəziyyətin çox pis olacağı”nı deyib.
“Düzgün cavabın şirkətlərə müharibə açmaq olduğunu düşünən Elizabet Varren kimi biri var. Əgər seçilərsə, qanun çərçivəsində mübarizə apararaq, qalib gələcəyik.
Bu addım bizim üçün pis nəticələnə bilər? Cavabı bəlidir. Hökumətimizə qarşı böyük iddia qaldırmaq istəmirəm, amma kimsə sizin varlığınızı təhdid edirsə, mübarizə aparmalısınız”.
Bundan başqa, Mark gənclər arasında məşhur olan “TikTok” proqramını alacağını da bildirib.
Xatırladaq ki, Elizabet Varren sosial şəbəkədə paylaşdığı mesajda “Facebook” kimi şirkətlərə təcili olaraq, “əl gəzdirilməsinin” vacibliyini vurğulayıb.
Firuzə Alimova
www.yenicag.az