Masallı və Yevlaxda yanğın

media-hightechnic-468x90

Masallı və Yevlaxda fərdi evlərdə yanğın hadisələri qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Masallı rayonunun Şıxlar kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yevlax şəhərində isə ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 m² sahədə yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 2 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600