Masallı rayonunda bədbəxt hadisə baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb. Noyabrın 24-də kənd sakini, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov həyətində özünə məxsus olan “Mercedes” markalı maşını arxa istiqamətə hərəkət etdirən zaman nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır. /ölke.az/
www.yenicag.az