Müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumralın məhkəmədə hazırlıq iclası olub. İstintaq zamanı Təranə İbrahimovaya Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib və onun barəsində başqa yerə getməmək barədə qəti iltizam qəti imkan tədbiri seçilib.
Yenicag.az-a bu barədə “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev açıqlama verib:
“Məhkəmədə hazırlıq iclası olub. Növbəti məhkəmə prosesi iyunun 7-sinə təyin olunub”.
Cəvahir
www.yenicag.az